Azerbaijan

Azərbaycandakı özəl məktəblərin fantastik qiymətləri

Bir aya yaxın müddətdir ki, yeni dərs ili başlanıb və bütün tədris müəssisələrində ənənəvi dərslər bərpa olunub.

Ölkəmizdə şagirdlər dövlət məktəblərində ödənişsiz formada təhsil almaq imkanı olsa da, bəzən valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üz tuturlar. Çünki bu məktəblərdə nəqliyyat xidməti, qidalanma, dərsdən sonra əlavə dərnək və məşğələlər, əlavə olaraq 2-3 xarici dilin öyrədilməsi, tədrisin yalnız xarici dildə aparılması əsas fərqlilikdir.

Özəl məktəblərdə qiymətlər təhsil pilləsindən (ibtidai, orta və tam orta təhsil), Azərbaycan, rus və ingilis dilli qruplardan, xarici və ya yerli müəllimlərin dərs deməsindən asılı olaraq dəyişir. Məsələn, Azərbaycan bölməsinə nisbətən xarici bölmələrdə və xarici müəllimlərindərs dediyi bölmələrin illik təhsil haqları olduqca yüksəkdir.

Özəl məktəblərdən biri olan Zirvə liseyində qiymətlər 4200-4900, “Landau School”da 4800-8000, Britaniya məktəbində 12000-14000, “Dünya” məktəbində 8000-14000, Evrika liseyində 8000-11000, Avropa Azərbaycan məktəbində 9950-15000, Bakı Fransız liseyində 15000-19000, Azərbaycan Beynəlxalq məktəbində 53873-61200 manat aralığında dəyişir.

Yuxarıdakı rəqəmlərdən göründüyü kimi özəl məktəblərin qiyməti fantastik dərəcədə bahadır. Bəs görəsən, bu qiymətlər hesablanarkən, Azərbaycandakı məvacibin həcmi nəzərdə tutulurmu?  61 min manat olan təhsil müəssisələrində ABŞ, Kanada universitetləri səviyyəsində təhsil verilirmi?

Təhsil eksperti İlqar Orucov Bizimyol.info-nun sulallarını cavablandıran zaman bildirib ki, özəl məktəblərdə tədris xarici dildə aparıldığı üçün valideynlər bu məktəbləri seçərkən övladlarının gələcəkdə xaricdə oxuyacağını planlaşdırırlar.

İlqar Orucov İlqar Orucov

“Özəl məktəblərdə qiymətlər fərqlidir. Bu qiymətlər haradasa 5000 manatdan başlayır və ortalama qiymət 10000 manat civarındadır. Özəl təhsil müəssisələri arasında daha yüksək qiymətə təhsil verənlər də var.

Dövlətin alternativ olaraq icbari orta təhsil vermək öhdəliyi var. Bu, Konsitusiyada da öz əksini tapıb. Buna baxmayaraq, dövlət valideynlərə övladlarının təhsilini özəl məktəblərdə davam etdirməsi ilə bağlı da imkan yaradır.

Bu özəl məktəblərin bəzilərində qiymətlər doğrudan da fantastikdir. Amma bu məktəblərin də öz şagirdləri var və xeyli sayda şagird bu məktəblərdə təhsil alır. Özəl məktəbləri bitirmiş şagirdlərin böyük əksəriyyəti xaricdə təhsilə hədəflənir. Bu özəl məktəblərdə proqramlar birbaşa xaricdə imtahan verməyə istiqamətlənib.

Düşünürəm ki, bu qiymət müqabilində həmin məktəblərin verdiyi təhsil valideynləri qane etməsə, bu narazılıqlara səbəb ola bilər.

Bu məktəblərdə ödəniş sestemi olmasına baxmayaraq, şagird seçərkən belə onların dərsləri mənimsəməsinə, davranışlarına diqqət yetirirlər. Çünki bu şagird həmin təhsil müəssisəsini bitirib ali məktəbə daxil olmazsa, məktəb bununla bağlı məsuliyyət daşıyır. Seçim nəticəsində şagird qəbul etdikləri üçün bu məktəblərdə məzun olan tələbələrin göstəricisi demək olar ki, 10 faiz olur.

Qiymətlərə gəldikdə isə bu, bazara uyğun formalaşır və valideynlərin seçiminə buraxılır”.

Leyla Mirzə, Bizimyol.info

Football news:

Joaquin is the first player in the XXI century to make an assist in La Liga at the age of 40+ years
Do you remember what hell the fans made at the Euro finals? For this, England will play without spectators
Gary Lineker: I don't understand why Lacazette doesn't play anymore. Probably there must be a reason, but I don't see it
Infantino about the World Cup every 2 years: The pros are obvious. When it was decided to hold it once every 4 years, there were 40 teams, and now 211
Arteta on 2-2 with Crystal Palace: Arsenal dominated at the beginning, but lost control of the game
Ben Foster: Being a goalkeeper, you think: Lord, don't let Salah get through. He is one of the best players in the world at the moment
Neville about Manchester United: Ask Sulscher in a personal conversation if he would like to return last year's squad, and he will say yes