Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycandan Avropaya qaz nəqli iki dəfə artıb

Azərbaycandan Avropaya qaz nəqli iki dəfə artıb

2022-ci ilin yanvar-aprel aylarında Trans-Adriatik boru xətti ilə (TAP) Azərbaycandan Avropaya 4 milyard kubmetr qaz nəql edilib.

Trend bu barədə Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) hesabatına istinadən məlumat verir. Ötən ilin eyni dövründə bu göstərici 2 milyard kubmetrə bərabər idi.

"Yanvar-aprel aylarında Avropaya boru xətti ilə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Bu, ilk növbədə, Rusiyadan tədarükün azalması ilə əlaqədar baş verib. Norveç və Şimali Afrikadan tədarük stabil qalıb, Azərbaycandan tədarük TAP-ın işə salınması ilə əlaqədar artıb. 2019-2020-ci illərdə Azərbaycandan qaz nəqli 0,2 milyard kubmetr təşkil edirdi. Bu il Rusiyadan qaz idxalı ötən illə müqayisədə 30 faiz azalıb", - hesabatda deyilir.