Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Azərbaycanım" rəsm festivalı çərçivəsində müsabiqənin yekun sərgilərinin növbəti hissələri açıldı - FOTO

"AZƏRBAYCANIM" V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgilərinin növbəti hissələri açıldı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "ŞUŞA İli"nə töhfə olaraq, uşaqların, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, onların əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mədəniyyətini, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə elan olunmuş "AZƏRBAYCANIM" V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində nəzərdə tutulmuş 4 gün növbəli sürətdə keçirilməsi nəzərdə tutulmuş yekun sərgilərinin növbəti - üçüncü və dördüncü  sərgisi 2022-ci ilin 20-21may tarixlərində Xətai Sənət Mərkəzində açıldı.

Sərgini giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq ,öz ürək sözlərini balaca rəssamlarla bölüşdü. Tədbirdə həmçinin Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Xətai Yaradıcılıq Studiyasının müəllimi Gündüz Hunnar çıxış etdilər.

Sərgi iştirakçıları serifikatla təltif olundular.

Əsərləri elektron kataloqda yerləşdirilmiş müəlliflərin əsərlər sərgilənir (siyahı linkdə qeyd olunub)

https://www.yumpu.com/xx/document/read/66828814/azerbaycanim-v-resm-festivali-2022

Tədbirdə ən azı 3 əsəri ilə təmsil olunan tədris mərkəzləri (siyahı linkdə qeyd olunub)

https://www.yumpu.com/xx/document/read/66828863/tdbird-n-az-3-sri-il-tmsil-olunan-tdris-mrkzlri-tskkurnam-il-mukafatlandrlacaq

təşəkkürnamə ilə mükafatlandırılacaq.

Xatırladaq ki, sərgilərdən seçilmiş üç yaş qrupundan hər yaş qrupu üzrə 10 ən yaxşı əsərin müəllifi festivala dəvət olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az