Azerbaijan

Azərbaycanın mesajı: “Geri çəkilməyəcəyik”

İtaliyanın La Reppublika qəzetinə müsahibəsində Prezident İlham Əliyev bir çox məsələlərlə bağlı danışıb. Suallardan biri də İranla Azərbaycan arasında son zamanlar yaranmış gərginliklə bağlı olub.

Bu ərəfədə Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olmuşdu. Bunun ardınca isə mediada belə bir məlumat yayıldı ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Bakıya mümkün səfərində guya Azərbaycanda terrorçuların barındırılması ilə bağlı hansısa faktlar, hətta səs yazıları gətirəcək.

Bu məlumatın nə dərəcədə əsaslı olub-olmadığınız demək çətindir. Ancaq faktdır ki, İran Azərbaycanla münasibətlərdəki gırginliyi səngitməyə çalışmır. Dini rəhbərindən Prezidentinə, siyasətçisindən hərbçisinə, deputatından diplomatına qədər çox müxtəlif təmsilçilər Azərbaycana bu və ya başqa şəkildə hücumlarını davam etdirirlər. Çox zaman da Azərbaycanla İsrail arasında əməkdaşlığı ortaya atırlar.

Buna görə də İtaliya jurnalisti Prezident İlham Əliyevlə müsahibəsində bu haqda belə bir sual verdi: “...Sizin İsrail ilə yaxın olmağınızdan onlar (yəni İran – red.) o qədər də məmnun deyillər. Belədirmi?”

İlham Əliyevin bu suala cavabını “...bu, bəhanədir” deyə başladı. Cavabın geniş şərhinə keçməzdən əvvəl ümumilikdə onu demək lazımdır, bu, Azərbaycanın İranın təzyiqləri qarşısında geri çəkilmədiyini göstərdi. Prezident cavabına davam edərək dedi: “Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil”.

Bununla Prezident İrana belə bir mesaj göndərdi ki, onun bu kimi bəhanələri, ittihamları, iddiaları Azərbaycanı İsraillə, Türkiyə və Pakistanla əməkdaşlıqdan, yaxınlıqdan çəkindirmir, çəkindirməyəcək.

“Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq” deyə İlham Əliyev davam edib. Yəni bundan əvvəl də başqaları bunu edib, ancaq heç nəyə nail olmayıb, İran da heç nə əldə edə bilməyəcək. Əksinə, münasibətləri elə yerə gətirib çıxara bilər ki, ordan qayıdıb normallaşma əldə etmək ya çox çətin, ya da bəlkə mümkünsüz olar. İranın bu davranışlarının dalana gətirib çıxaracağını deyərkən, İlham Əliyev, əslində İranın özünü tam təcrid etmə təhlükəsi qarşısında qoya biləcəyini vurğulayır. Tehrana xəbərdarlıq etmiş olur.

Prezident İlham Əliyev İranın yaratdığı bu gərginliyin səbəbinin 44 günlük müharibə nəticəsində Qarabağın azad olunmasından sonra yaranan vəziyyətlə izah edib. O  deyib ki, Azərbaycan Ermənistanla, İranla sərhədlərə nəzarəti bərpa edəndən sonra İranın Qarabağa gizlicə daşımalar etdiyini görüb. Əvvəlcə İran rəsmilərinə bu faktlar “dostcasına” bildirilib. Ancaq vəziyyət müsbətə dəyişməyib. Sonra Xarici İşlər Nazirliyi rəsmi Tehrana nota verib – artıq rəsmi danışıb. Xəbərdarlıq edib. Yenə nəticəsi olmayıb. O zaman Azərbaycan suveren ölkə kimi sərhəd, gömrük, polis xidmətlərini bu məsələnin həllinə yönəldib. İran maşınlarını saxlayıb yoxlamağa başlayıb. Hətta iki İranlı sürücü də həbs olunub. Azərbaycanın heç bir ölkənin sərhədini pozmadığını deyən İlham Əliyev belə bir kontrastı vurğulamaq istəyib: Azərbaycanın sərhədini pozan da İran, Azərbaycanı ittiham edən də İran!

Prezident deyib ki, Azərbaycan sərhədlərinin pozulmamasını tələb edir: “Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur”.

Bu sitatdan da göründüyü kimi, İran Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmayıb. İndiyədək İranın Ermınistanı dəstəklədiyi deyilirdi. Azərbaycanı dəstəkləmədiyi ya heç deyilmirdi, ya da yarımçıq söylənirdi. İndi isə əyani olaraq ortaya çıxdı ki, Tehran sözdə başqa şey deyib, əməldə başqa şey edib; Azərbaycana münasibətdə hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərini pozub. Azərbaycan artıq indi buna seyrçi qalmır.

İlham Əliyev deyib ki, İranın yeni seçilmiş Prezidentinin andiçmə mərasiminə Azərbaycan parlamentinin sədri və baş nazirin müavini də daxil olmaqla böyük bir nümayəndə heyəti göndərilib. İran tərəfindən xahiş olunub ki, Qarabağda qanunsuz olaraq işləyən şirkətlər oradan çıxarılsın. Ancaq Tehran buna adekvat reaksiya verməyib. İlham Əliyev İranın əvvəlki Prezidenti Həsən Ruhani ilə iki ölkə arasında iqtisadi sahədə yüksək nəticələr əldə etdiyini vurğulayıb. Demək istəyib ki, Qarabağda qanunsuz iş görən şirkətlər getsin, qanuni iş görənlər gələ bilər. Ancaq İran buna olumlu yanaşmayıb.

Prezident İlham Əliyev sonda yenə də İranın guya İsrailin bölgəyə yerləşməsi haqqındakı iddialarının üzərinə qayıdıb: “İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb”.

Azərbaycan Prezidenti Tehranın “İsaril bölgəyə yerləşib” ittihamının daxili auditoriyaya hesablandığını deməklə, ona da işarə vurub ki, İran əslində öz hərəkətlərinə daxildən dəstək almaq üçün İsrailin adını çəkir. Bu da o deməkdir ki, İranın öz cəmiyyətində də Azərbaycana qarşı Tehranın indiki davranışları, yumşaq desək, birmənalı qarşılanmır. Ona görə cəmiyyəti bu məsələdə hökumətlə eyni cəbhəyə gətirmək üçün Tehran İsrail faktorunu ortaya atıb.

Bizimyol.info

Football news:

Zidane will not lead Manchester United, even if he receives an offer. He wants to take a break from work
Barcelona and Boca Juniors will hold a match in honor of Maradona on December 14 in Riyadh
Messi leads the ranking of contenders for the Golden Ball according to version {0} . Lewandowski - 2nd, Benzema - 5th, Ronaldo - 9th
Some Manchester United players do not believe that Sulscher's staff will cope with the crisis and improve the club's position in the Premier League
Holand may not play until the end of the year due to a hip injury
Henri on PSG: Messi is cut off from the team and doesn't get the ball that often. Leo takes little part in the attacks
Manchester United may dismiss Sulscher before the match with Tottenham (MEN)