Azərbaycanla Xorvatiya arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsi razılaşdırılıb

Azərbaycanla Xorvatiya arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsi razılaşdırılıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, bu gün keçirilən görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində xorvatiyalı naziri Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.