Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
Birinci Qarabağ Müharibəsində 4 min nəfərə yaxın itkinimiz olub.
Day.Az xəbər verir ki, bunu DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.
O bildirib ki, hazırda itkin düşən şəxslərin axtarışları davam edir.
"Dövlət Təhülükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarımızda 25 şəhidimizin eynilləşməsini həyata keçirmişik. Proses hələ də davam edir. Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".