Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

“Azarkeşlər bizim Çempionlar Liqasının qalibi olmağımızı gözləyir”

"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne bu mövsüm Çempionlar Liqasının favoritlərindən hesab olunmalarına münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi turnirin qrup mərhələsinin 3-cü turunda "Brügge" ilə matç öncəsi UEFA-nın saytına açıqlamasında yarışın qalibi olmaq istədiklərini deyib:

"Azarkeşlər bizim Çempionlar Liqasını qazanmağımızı gözləyirlər. Biz də qalib olmaq istəyirik. Həmişə mübarizə aparmağa çalışırıq. Son 6 il ərzində 1/8 finala, 1/4 finala adlamağı bacarırıq. Bəzən daha da irəli addımlayırıq. Həmişə mübarizə aparırıq, çalışırıq. Bu turniri qazanmaq istəyirik".

Qeyd edək ki, bu gün keçiriləcək "Brügge" - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Milli.Az