Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, yeniyetmələr (2008-2010) arasında fərdi çoxnövçülükdə (top, halqa, gürz, lent) Nuray Əhmədzadə (Bakı gimnastika məktəbi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Şəms Ağahüseynova ("Ocaq Sport" klubu) ikinci yeri tutub, üçüncü yeri isə Nəzrin Abdullayeva ("Qrasiya" idman klubu) tutub.

"Böyüklər" yaş kateqoriyasında (2007-ci il və daha yuxarı) Zöhrə Ağamirova birinci, Alina Gözəlova ikinci, İlona Zeynalova isə üçüncü yeri tutub. Hər üç gimnast "Ocaq Sport" klubunun yetirmələridir.