Azerbaijan

Bacıları da Elza Seyidcahanla danışmır - VİDEO

"Mənə yazırlar ki, sizin cangüdəniniz olum, hətta təmənnasız bunu təklif edirlər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəbər-ətər" proqramında deyib. Müğənni izləyicilərinin ona təmənnasız cangüdənlik etmək istədiyini söyləyib:

"Yeganə müğənniyəm ki, yanımda ancaq prodüser olur. Toylara gedəndə yanımda ya bacım, ya kürəkənim, ya da bir vaxtlar oğlum olurdu. Özümə cangüdən götürmürəm. Bunu təmənnasız etmək istəyənlər var, amma razılaşmıram".

Seyidcahan bacıları və oğlu ilə küsülü olması məsələsinə də aydınlıq gətirib:

"Bacılarım məndən istedadlıdır. Ən azı beş dil bilirlər. Aramızda elə narazıçılıq yoxdur. El elə sığır, amma ev evə sığmır. Əvvəl mənim evimdə qalırdılar. Oğlumun evi yoxdur, amma ayrı qalır. Qızımın da evi yoxdur, mənimlə yaşayır. Evin içində illərlə bacı bacıyla, qardaş qardaşla danışmır".

Qeyd edək ki, Elza bir müddət əvvəl bütün efirlərə bacısı Rasimə ilə birlikdə qatılırdı. Son günlər isə onlar birlikdə görüntülənmirlər. İfaçının digər bacısı Lalə də açıqlamasında onunla küsdüyünü etiraf etmişdi.

Müğənni oğlu Ələkbərlə də küsülüdür.

Milli.Az

Football news:

Ajax fans set off fireworks at the stadium at the match with Borussia
Guardiola on coronavirus: I am vaccinated, I trust doctors and scientists. We see how many deaths there are in England
Griezmann caught up with Giroud in goals in the Champions League (35) and shares 5th place with him among the French
In Amsterdam, fireworks are not only on the field, but also in the stands. The public relations of Ajax and Borussia fans
Mbappe has 46 (28+18) points on the goal+pass system in 48 games in the Champions League
Atletico conceded twice before the 15th minute for the first time under Simeon
Guardiola pro 5-1 with Brugge: One of Man City's best games in European competitions