Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bacısının qatilinin qardaşı ilə görüşən qız onu bıçaqlayaraq öldürdü

Rusiyanın Amur vilayətində məhkəmə 23 yaşlı gənci bıçaqlayan 21 yaşlı kənd sakinini 8 il yarım müddətinə azadlıqdan məhrum edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, qız yay aylarında bir kişi ilə tanış olub.

Söhbət zamanı xanım öyrənib ki, həmin şəxs bir neçə il əvvəl onun bacısını öldürən şəxsin qardaşıdır.

Bundan sonra onlar qaraja gediblər.

Burada qız çantasından bıçağı çıxarıb və kişini boynundan vurub.

O aldığı zərbədən xəstəxanada dünyasını dəyişib.

Qız əvvəlcə kişinin onu təhqir etdiyi üçün bıçaqladığını desə də, sonra ifadəsini dəyişərək qətlin səbəbini açıqlayıb.

Milli.Az