Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bağdasarovun avazı deyəsən qulağına xoş gəlir - Akdemir

"Təbii fəlakət hər kəsin başına gələ biləcək bir faciədir. Yalnız ermənilər kimi insanlıqdan nəsibini ala bilməmiş zavallılar kiminsə dar gününə sevinə bilər. Rusiyada erməni əslli özünə siyasətçi deyən məxluq, deyəsən soyadı Bağdasarovdur, Türkiyə haqqında nəsə ağlına gələni danışıb. Biz əslində onu kimin danışdırdığını, hardan belə üstümüzə hürməyə özündə cəsarət tapdığını çox yaxşı bilirik. Zatən Cənubi Qafqaza erməni adlı bu qəribə məxluqlar ruslar tərəfindən köçürülməyə başlayandan bəri bu güclərin əlində oyuncaqdılar. Lazım olanda belə çıxıb həm danışır, həm də qorxudan quyruqlarını sallamağı da unutmurlar. Unuda da bilməzlər, çünki tarix bizim onlara verdiyimiz layiqli dərslərlə doludur".

Bu sözləri Publika.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı-yazar Dr. Derya Akdemir deyib.

O, bunu erməni əslli rusiyalı siyasətçi Semyon Bağdasarovun bir neçə gün öncə Türkiyə ilə bağlı dediyi absurd fikirləri dəyərləndirərkən deyib.

D.Akdemir qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu onlara kim olduğunu bildirib və göstərib ki, qətiyyən zarafatla işləri yoxdur.

"Türkiyə də, qəhrəman Türk ordusu da buna qadirdir. Erməni "siyasətçi" bir məqamı yaddan çıxarır: biz Vətən üçün qan töküb can alan, Vətən uğrunda ölməyi özü üçün şərəf bilən bir millətik. Dünyanın geosiyasi mənzərəsində vaz keçilməz aktorlardan olan Türk millətinə nəsə deməyə çalışacağına Bağdasarov yaxşı olar ki, çevrilib tarixə baxsın. Görsün Andranikin qulağı necə olub?! Onun da avazı qulağına xoş gelirdi".

Türkiyəli siyasətçi bildirib ki, bu əslində ermənilərin əsl xislətini ortaya çıxarır və bu hal birinci dəfə baş vermir: "Əksinə, ermənilər tarix boyu nə zaman biz bir az çətin vəziyyətə düşsək, dərhal bizə xəyanət ediblər".

Onların hər zaman layiqli cavablarını aldıqlarını da xüsusi ilə vurğulayan Derya Akdemirin sözlərinə görə, Bağdasarovun bu sərsəm açıqlamaları eyni zamanda Rusiya ilə Türkiyə arasındakı mövcud isti münasibəti korlamağa hesablanıb və bu sözlər qətiyyən onun beyninin məhsulu deyil: "Sadəcə olaraq Bağdasarov bir oyuncaq kimi öz üzərinə düşən missiyanı yerinə yetirir və Türkiyəyə, həmçinin Türkə qarşı içində kök salan kini qusur. Ancaq Bağdasarov bir məqamı unudur: tünd sirkə öz qabına ziyandır. Ayasofiyaya xaç asmaq, türkləri Anadoludan, Orta Asiyadan, Cənubi Qafqazdan qovmaq kimi sərsəm xülyalar isə əsrlərdir xaçlı zehniyyətinin xəstə təfəkkürünün zay məhsuludur. Atatürkün qurduğu Cümhuriyyət elə sıradan bir sistem deyil ki, hər yerindən duran oyuncaq vintçik onu məhv etməyə qadir olsun".

D.Akdemir Bağdasarova sonda tövsiyə verib: "Açıb tarix kitablarını bir daha vərəqləsin... Əmin olsun ki, tarixin hər dönəmində qarşısına çıxacaq olan Türk Millətinin damarlarındakı qan əsla dəyişməyib və dəyişməyəcək... Dünya məhvərindən qopsa belə, tarix hər zaman əslzadələri əslzadə, kölələri də kölə kimi xatırlayacaq", - o bildirib.

Ayşən Rəhim