Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakı Helge Lien Trio konserti keçirildi - VİDEO - FOTO

I Bakı Beynəlxalq Piano Festivalının çərcivəsində Helge Lien Trio konserti keçirildi.  Helge Lien Bakıda ilk konserti deyil. Bakı ictimaiyyəti artıq bu caz triosunu qiymətləndirə və ona aşiq ola bilib. Öz unikal üslubu və Skandinaviya ruhu ilə eyniadlı caz triosunun müəllif-yaradıcısı, görkəmli pianoçu Helge Lien "Baku Beynəlxalq Piano festival"ın səhnəsindədir! Müəllifin kompozisiyalarında klassik Bill Evansın lirik ənənələri ilə avanqard improvizələrə, şimal xalqlarının melankoliyasının etnik motiv elementləri ilə tarazlıq müşahidə etmək olar. Helge Lien, Johannes Eik (bas) və Knut Aalefjar (zərb alətləri) ilə birlikdə caz triosu daxilində dialoq kimi kamera musiqisinin inanılmaz meditativ atmosferini yaradır.

Mayın 20-dən 27-dək Bakıda ilk beynəlxalq fortepiano festivalı keçirilir. Həftə ərzində aparıcı xarici və Azərbaycan fortepiano virtuozları tamaşaçılara yaxşı musiqidən həzz almaq imkanı verilib. Festival Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festivalın təsisçisi və direktoru Azərbaycanın əməkdar artisti Şahin Növrəslidir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.Az, Azernews.az