Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıda çoxmərtəbəli binada yanğın -

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a bildirilib ki, məlumat əsasında dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən taxta konstruksiyalı tikilidə baş verdiyi və genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq FHN qüvvələrinin həyata keçirdiyi operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib mənzillərə keçməsinə imkan verilməyib.

Milli.Az