Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıda Marek Novotny Quartet konserti keçirilib - VİDEO - FOTO

I Bakı Beynəlxalq Piano Festivalının çərcivəsində Marek Novotnı (piano), Smoldas Libor (gitara), Maksim Makaqonov (bas) və Tomas Hobzekdən (zərb alətləri) ibarət Çexiya caz kvartetinin konserti ilə başa çatıb.

Marek Novotnı tanınmış çex bəstəkarı, aranjimançı və musiqi nəzəriyyəsi üzrə fəlsəfə doktoru olan pianoçudur. Marek bir çox musiqi layihələri və ansamblları ilə eksperimentlər aparıb və qastrollarda olub. Onun son musiqi təcrübələri Chang-Sha/CHINA festivalının Qran Pri layiq görülüb.

Festival Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festivalın təsisçisi və direktoru Azərbaycanın əməkdar artisti Şahin Növrəslidir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az