Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıda narkomanların yeni məskəni - Sakinlər hər gün bu təhlükə ilə üzləşir - VİDEO

Paytaxtın Nizami rayonundakı binalardan biri narkotik istifadəçilərinin məskəninə çevrilib. Sakinlərin sözlərinə görə demək olar ki, hər gün blokdakı poçt qutuları, eləcə də su və qaz sayğaclarının içərisindən şpris tapırlar. Deyirlər ki, belə vəziyyət uzun müddətdir ki, davam edir. Artıq Daxili İşlər Nazirliyi həmin ərazini nəzarətə götürüb və oraya əlavə naryadlar təhkim edilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın  Nizami rayonu, Cəmşid Naxçıvanski 75 ünvanında yerləşən binanın blokları narkomanların məskəninə çevrilib. 

Sakinlərin iddialarına görə narkomanlar bloklarda müxtəlif narkotik maddələri qəbul etdikdən sonra şprisləri heç kəs görməsin deyə su və qaz sayğaclarının içərisinə atırlar. 

Sakinlərin sözlərinə görə belə vəziyyət 2 ildən çoxdur ki, davam edir və bu, onları narahat edir. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, artıq ərazi tam nəzarətə götürülüb, problem həll olunanadək həmin məkana əlavə naryad qrupları təhkim olunub.  

Milli.Az