Azerbaijan

Bakıda "patı" satan qadın saxlanılıb -

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Sənubər Vəliyeva tutulub. Polis Bölməsində onun əlindəki çantaya baxış zamanı 1 kiloqram 92 qram narkotik vasitə heroin, 115 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və bank kartları aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.

Milli.Az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə yaşadığı evin həyətindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Nizami Ağayev saxlanılıb. Onun Fatmayı qəsəbəsində yerləşən evinin həyətinə baxış zamanı ümumi çəkisi 74 kiloqram olan əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisi aşkar edilib.

Qeyd edilən hər iki faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Sənubər Vəliyeva və Nizami Ağayevin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Football news:

Xavi wants Barcelona to sign a fast defender. Cunde from Seville is an ideal option
The owner of Sparta is close to acquiring a 27% stake in West Ham. Later, he will be able to completely buy out the club
Mauricio Pochettino: Messi is the best player in the world with an exceptional understanding of the game
Xavi has been seen as Barca's coach for a long time. He was almost appointed in the winter of 2020
Several Premier League clubs want to sign Hazard in the winter
Fabregas called Alexander Gleb his most underrated partner
Zlatan supported a gay player from Australia: Football is for everyone. My great respect