Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıda xanım sərnişinə çay içmək təklif edən taksi sürücüsü saxlanıldı

Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılıb.

O qeyd edib ki, həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb: "Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib".

"Taksi sürücülərin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş məlumat veriləcək", - o vurğulayıb.

Milli.Az