Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Balakəndə ev yanıb

Balakəndə fərdi yaşayış evi yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 15:50-də rayonun Tülü kəndində, kənd sakini Elxan İslam oğlu Heykəlova məxsus, ümumi sahəsi 120 kv/m olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, iki otağın tavanı və ev əşyaları qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az