Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

"Barselona" Fati ilə razılığa gəldi

"Barselona" futbolçusu Ansu Fati ilə müqaviləni uzadır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tərəflər 2027-ci ilin yayına qədər müqavilə imzalayacaqlar.

Ötən gün "Barselona"nın direktoru Mateu Alemani ilə futbolçunun agenti Jorje Mendeşin görüşdüyü və razılıq əldə olunduğu bildirilib. 18 yaşlı hücumçunun təzminat qiyməti isə 1 milyard avro olacaq.

"Barselona" bazar günü "Real"la keçiriləcək "El Klassiko"dan əvvəl Fati ilə yeni müqaviləni açıqlamağı planlaşdırır.

Qeyd edək  ki, İspaniya millisinin də üzvü olan Fatinin "Barselona" ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Milli.Az