Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

"Barselona" müvəqqəti məşqçi təyin etdi

İspaniya "Barselona" klubunun keçmiş futbolçusu, hazırda "Barselona B"ni çalışdıran Serxi Barxuan klubun baş məşqçi vəzifələrini icra edən təyin olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kataloniya klubu "Twitter" səhifəsində bildirib.

İspaniya mətbuatının yazdığına görə, Serxi klubun digər əfsanəsi Xavi Ernandesin baş məşqçi təyin olunmasındək vəzifədə qalacaq.

Hazırda "Barselona" rəhbərliyi ilə Xavi arasında danışıqların getdiyi bildirilir.

Qeyd edək ki, niderlandlı baş məşqçi Ronald Kumanın ötən gün "Rayo Valyekano"ya məğlubiyyətdən sonra vəzifədən azad edilmişdi.

Xavi isə hazırda Qətərin "Əl-Sədd" klubuna rəhbərlik edir.

Milli.Az