Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ben Afflekin arvadı Cenniferi qala gecədə öpməsi gündəm oldu - VİDEO

Ötən gün dünya pop səhnəsinin ulduzu Cennifer Lopez  sevimli həyat yoldaşı Ben Afflekin canlandırdığı basketbolçu Maykl Cordan və məşhur "Nike" idman brendinin inkişaf tarixindən bəhs edən "Hava" adlı bioqrafik dramının premyerasında onu dəstəkləməyə gəlib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sözügedən ekran əsərinin rejissoru olmaqla yanaşı, əsas rollardan birini canlandıran Ben duyğularına hakim olmayıb, hamının gözü qarşısında Cenniferi özünə çəkərək, ehtiraslı şəkildə öpüb. 

Həmin anlar isə anbaan paparasilər tərəfindən lentə alınıb.  Onların bu görüntüləri sosial mediada gündəm olub.

Bu hərəkəti ilə aşiqlər ayrılma ilə bağlı yayılan xəbərlərin əsassız olduğuna işarə vurublar.

Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek ötən ilin iyulunda Las-Veqasda gizli toy etmişdilər.

Sonra cütlük bu münasibətlə ötən şənbə aktyorun Corciya ştatının Risboro şəhərindəki malikanəsində şənlik təşkil etmişdilər.

Milli.Az