"Beşiktaş" İstanbul derbisində uduzdu

Türkiyə Super Liqasında 9-cu tura start verilib.

Day.Az Qol.az-a istinadən xəbər verir ki, "Beşiktaş" bu turda "Başakşəhər"in qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, "Beşiktaş" hazırda turnir cədvəlində 17 xalla 3-cü, "Başakşəhər" isə 9 xalla 14-cüdür. 

Türkiyə Super Liqası

9-cu tur

15 oktyabr

Qollar: Okaka, 40; 83, Gulbrandsen, 85 - A.Teyşeyra, 59, Batşuayi, 90+1-pen.