Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Best Of City 2022" mükafatı öz sahiblərinə təqdim olundu - VİDEO - FOTO

Caspian Events Group tərəfindən "Best Of City 2022" mükafatı  öz sahiblərinə təqdim olunub.

Bir neçə gün əvvəl baş tutan gecədə çoxsaylı məhşur simalar, media nümayəndələri, iş adamları və şirkət nümayəndələri iştirak edib.

Mükafat il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən - şəxslərə və şirkətlərə təqdim olundu. Qaliblər sirasında Xalq Artistləri Könül Xasıyeva , Məleykə Əsədova, Fidan Haıcyeva, Ağadadaş Ağayev ,Əməkdar Artistləri Mətanət İsgəndərli, Aybəniz Həşimova, Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Avropa Azərbaycan Məktəbinin İcraçı Direktoru Françesko Bankini, TREND İA jurnalisti Vüqar İmanov və başqa tanınmış simalar yer alıblar.

Qeyd edək ki, gecənin aparıcıları Əməkdar artist Elnur Kərimov və Gənc aparıcı Aysel Şahinə həvalə edilib.

Layihənin rəhbəri:  Tural Ələkbərov və İlmirzə Ağabəyovdur

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az