Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Beynəlxalq “Ocaq” Kubokunda çıxış etmək mənim üçün bayramdır

Beynəlxalq “Ocaq” Kubokunda çıxış etmək mənim üçün bayramdır

Bədii gimnastika üzrə I Beynəlxalq "Ocaq" Kubokunda çıxış etmək mənim üçün bayramdır.

Bu barədə bazar günü Day.Az-a yarışın medalçısı, "Grasiya" İdman Klubunun nümayəndəsi Nəzrin Abdullayeva deyib.

Beynəlxalq "Ocaq" Kubokunda Nəzrin Abdullayeva 2010-cu il təvəllüdlü gimnastlar arasında halqa ilə hərəkətlərdə qızıl, çoxnövçülükdə və alətsiz proqramda bürünc medal qazanıb.

"Altı ildir idmanla məşğulam. Bundan əvvəl müxtəlif turnirlərdə iştirak etsəm də, ilk dəfə Milli Gimnastika Arenasında keçirilən yarışlarda belə yaxşı nəticə əldə etmişəm. Beynəlxalq "Ocaq" Kuboku çox gözəl təşkil olunub, hər şeyi bəyənirəm", - deyə o bildirib.

Gənc gimnastın sözlərinə görə, indi o, növbəti mühüm yarışlara ciddi hazırlaşmalıdır:

"Dekabrda Şəkidə idman gimnastikası üzrə Birləşmiş yarışlar keçiriləcək, onun çərçivəsində bədii gimnastika üzrə çempionat keçiriləcək. Arzum Şəkidə yaxşı nəticə göstərməkdir. Düşünürəm ki, qələbə qazanmaq üçün çox çalışmaq, məşqçini diqqətlə dinləmək, əldə olunan nəticədə dayanmamaq lazımdır".

Qeyd edək ki, 25-27 noyabr tarixlərində "Ocaq Sport" klubu bədii gimnastika üzrə I Beynəlxalq "Ocaq" Kubokunu keçirir. Yarışlarda 3 ölkəni təmsil edən 317 gimnast, Azərbaycandan 200-dən çox gimnast iştirak edir.

2007-2016-cı il təvəllüdlü idmançılar həm fərdi proqramda, həm də qrup hərəkətlərində çıxış edirlər.