Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Biləsuvarda yeni qurum yaradıldı: ərazi zibillərdən təmizlənir

Biləsuvar rayonunun Xırmandalı kəndində məişət tullantıları ilə bağlı yaranmış problem aradan qaldırılır.

Publika.az xəbər verir ki, bu barədə report-a yerli icra hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, kənddə məişət tullantılarının yığılması və utilizasiyası həyata keçiriləcək.

Belə ki, kənd ərazisində məişət tullantıları probleminin həlli ilə bağlı rayon rəsmiləri və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə toplantı olub.

Toplantıda əhalisinin sayı 10 min nəfərdən artıq olan Xırmandalı kəndinin rayonun ən sıx məskunlaşmış yaşayış məntəqələrindən biri olduğu vurğulanıb.

Qeyd edilib ki, indiyədək insanların kompakt şəkildə yaşadığı bu məntəqədə məişət tullantılarının idarə edilməsi problem olaraq qalırdı. Mövcud problemin həlli istiqamətində verilmiş təkliflər nəzərə alınaraq yeni yaradılan müvafiq qurum kənddə məişət tullantılarının yığılması və utilizasiyasını həyata keçirəcək.

Bildirilib ki, yeni yaradılmış müəssisə kəndin təmizliyi ilə yanaşı, xüsusilə də Bolqarçay çayının kənd ərazisindən keçən hissəsinin də zibillənməsinin qarşısının alacaq.

Qeyd edək ki, bir müddət əvvəl məişət tullantıları ilə əlaqədar problemlə bağlı sakinlər "Report"a müraciət etmişdilər. Məsələ ictimailəşdirildikdən sonra rayon icra hakimiyyətindən problemin aradan qaldırılacağı bildirilmişdi.