Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Bir ailə göbələkdən zəhərləndi -

Qaxda göbələkdən zəhərlənmə baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Tasmalı kənd sakinləri - 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu, onun övladı - 2009-cu il təvəllüdlü Qasımlı Murad Mübariz oğlu və qohumu - 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu göbələkdən zəhərlənərək, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, Qasımlı Murad Mübariz oğlu xəstəxanada dünyasını dəyişib.

Milli.Az