Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Blinken Polşaya gedəsi olmadı - ATƏT sammitində Vaşinqtonu o təmsil edəcək

ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 1-2-də Polşada keçiriləcək iclasında Vaşinqtonu ABŞ Dövlət Departamenti rəhbərinin müavini Viktoriya Nuland təmsil edəcək.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir: “Dövlət katibinin müavini Nuland ABŞ-ın ATƏT-in təsis prinsiplərinə – təhlükəsizliyin, rifahın, insan haqlarının və ərazi bütövlüyünün yüksəldilməsi kimi öhdəliklərə sadiqliyini bir daha təsdiq edəcək”.

Qeyd edək ki, ATƏT Nazirlər Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edə bilməyəcək. Buna səbəb Polşa hökumətinin Sergey Lavrova Varşavaya gəlmək üçün viza verilməsindən imtina etməsidir. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Sergey Lavrova viza verilməsindən imtina edilməsi misli presedentsizdir və təxribat xarakteri daşıyır.

Səxavət