Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

BMT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib

BMT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib

BMT-nin Baş katibi Antonio Quterreşdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının bütün vətəndaşlarına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Tarixin bu qeyri-adi məqamı bizə vahid bəşər ailəsi kimi həmrəylik şəraitində çalışmaq zərurətini xatırladır.

Hər bir ölkə öz milli sərhədlərindən daha uzaqlarda yaşanan cətinliklərin, o cümlədən COVID-19 pandemiyası nəticəsində artmış yoxsulluğun, bərabərsizliyin və ədalətsizliyin aradan qaldırılmasına, fövqəladə iqlim dəyişikliklərinin yaratdığı problemlərin və dünyamızı cənginə almış münaqişələrin həllinə kömək etməlidir.

Bu əlamətdar gündə Birləşmiş Millətlər Təşkilatı inanır ki, Azərbaycan Respublikasının bütün vətəndaşları çətinliklərə qalib gəlməyə, Davamlı İnkişaf Məqsədlərində irəliləyiş əldə olunmasının sürətlənməsinə, bütün insanlar üçün daha yaxşı, daha ədalətli, daha sülhpərvər dünya qurulmasına kömək edəcəklər.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".