Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır

BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır və bu ölkənin rəhbərliyini Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün səylərini bərpa etməyə çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə brifinq zamanı BMTBaş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

F.Hak bildirib: "Dənizdən atılan ballistik raket də daxil olmaqla, Koreya Xalq Demokrtain Respublikasının [raket -red.] sınaqları xəbərləri bizi narahat edir. BMT Baş katibinin dəfələrlə bəyan etdiyinə diqqətinizi yönəltmək istəyirəm. Biz dəfələrlə KXDR rəhbərliyini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq öhdəliklərinə tam əməl etməyə çağırmışıq".

"Eyni zamanda, biz KXDR rəhbərliyini davamlı sülh, Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı diplomatik səyləri dərhal bərpa etməyə çağırırıq", - deyə rəsmi nümayəndənin müavini qeyd edib.

Milli.Az