Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bolqarıstanda məktəblər bağlandı - Səbəb kimi Rusiya göstərilir

Bolqarıstanda onlarla məktəb bağlanıb və şagirdləri üç gün müddətinə evakuasiya edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb e-poçt və telefon vasitəsilə məktəblərə bomba qoyulması haqda xəbərlərin verilməsidir.

Lakin hələlik bomba aşkarlanmayıb.

Baş verənlərin motivi aydın deyil. Ehtimal olunur ki, bu, bazar günü keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin baş tutmaması üçün edilir. Məktəblər seçki məntəqəsi kimi istifadə olunur.

"İstintaqçıların əsas versiyası - bu və ya digər şəkildə Rusiya ilə bağlı olan hibrid hücumlarıdır", - ölkənin daxili işlər naziri İvan Demerdciyev deyib.

O əlavə edib ki, ölkə hakimiyyəti bu cür təhdidlərin yayılmasında günahkarların müəyyən edilməsi üçün NATO üzrə tərəfdaşlarının, xüsusən də ABŞ-nin kəşfiyyat xidmətlərindən kömək istəyib.

Bolqarıstan Prokurorluğu baş verənləri Cinayət Məcəlləsinin "respublikaya qarşı cinayət" və "terrorizm" maddələri ilə araşdırdığını bildirib.

Milli.Az