Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Botoks haqqında bilmədiklərimiz

Botoksun təsir mexanizmi vurulan əzələlərin büzülməsinin qarşısını almaqla baş verir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, botoks həm mimik qırışların çökməsinin qarşısını almaq, həm də mövcud xəttləri müalicə etmək üçün üzümüzdə istifadə olunur. 

Botoksun təsiri 4 ay davam edir. İnsanın üz və əzələ quruluşundan asılı olaraq ildə iki və ya üç dəfə tətbiq olunmalıdır. Qaşın ortası, alın, göz ətrafı, ağız ətrafı, çənə, boyun, kimi bir çox yerə botoks etmək mümkündür. 

Botoks qeyri professional, dermatoloq olmayan şəxslər tərəfindən tətbiq edildiyi halda göz qapağının sallanması, asimmetrik görüntü ola bilər. Bu yan təsirlər mütəxəssis dermatoloqlar tərəfindən edildiyi təqdirdə çox nadir görsənir.

Milli.Az