Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Böyük Britaniya ölkəyə giriş qaydalarını sərtləşdirir

Britaniya hökuməti dekabrın 7-də səhər saat 4-dən etibarən 12 yaşdan yuxarı Böyük Britaniyaya daxil olan hər kəsdən mənfi PCR və ya LFD test nəticələrini təqdim etmələri tələb olunacaq. Britaniyaya getməzdən əvvəl testlər aparılmalıdır.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, Böyük Britaniyanın baş naziri Boris Consonun sözlərinə görə, Böyük Britaniyada yeni omikron ştamının yayılmasını yavaşlatmaq üçün yeni məhdudiyyətlərə ehtiyac var, eyni zamanda alimlər onun yayılma qabiliyyətini və peyvəndlərin effektivliyini müəyyən edəcəklər, Reuters yazır. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin məlumatına görə, ölkədə təsdiqlənmiş omikron ştammı hallarının ümumi sayı 160-dır.

Milli.Az