Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Brakonyerlik və digər qanunsuzluğa qarşı ETSN və güc strukturları birgə tədbirlər görəcək

Brakonyerlik və digər qanunsuzluğa qarşı ETSN və güc strukturları birgə tədbirlər görəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsi ilə əməkdaşlığa başlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, artıq bu istiqamətdə birgə tədbirlərə başlanıb: "Artıq Oktyabr ayından ov mövsümünə də start verilir. Ov mövsümü başlamazdan əvvəl Su Nəqliyyatında Baş Polis İdarəsi ilə birgə tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu həm balıq ovu ilə, həm də digər qanın pozuntularının qarşısını almaqla bağlıdır.

Qanunsuz balıq ovu, brakonyerlik və digər qanunsuzluğun qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər güc strukturları ilə birgə tədbirlər planlaşdırır. Artıq yaxın vaxtlarda biz bu məsələlərlə bağlı birlikdə mühafizə işlərini həyata keçirəcəyik".

Xidmət rəisi bildirib ki, Qızılağac Milli Parkının ərazisinin böyük hissəsi su bataqlığı olduğundan bu ərazidə su polisi ilə xüsusi əməkdaşlıq nəzərdə tutulub: "Bu ərazilərdə qanunsuzluq törədən vətəndaşlarla bağlı məlumatlar dərhal polisə ötürüləcək və iki qurum arasında sıx informasiya mübadiləsi əməkdaşlığı ediləcək".