Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Britaniya kəşfiyyatı bunu da reallaşdırır - İnsanın fərq etmədiyi...

Britaniya kəşfiyyatı məlumatları emal etmək üçün süni intellektdən istifadə edən yeni bölmə yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə müavin Tom Tugendhat bildirib.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin planına görə, süni intellekt böyük həcmdə məlumatı emal edəcək və insanın fərq etmədiyi vacib detalları görəcək.

Yeni struktur bölmə Britaniya kəşfiyyat xidmətləri Mi5 və Mi6 ilə sıx əməkdaşlıq edəcək və açıq mənbələrdən əldə edilən məlumatlar üzrə ixtisaslaşacaq.

Tugendhat qeyd edib ki, yeni idarə ingilisləri izləməyəcək və alınan kəşfiyyat məlumatlarının müttəfiqlərlə paylaşılması planlaşdırılır.

"Ukraynadakı münaqişə zamanı biz həm dünyadakı tərəfdaşlarımıza, həm də Britaniya vətəndaşlarına çoxlu kəşfiyyat məlumatı verdik ... arqumentlərimizi və Rusiya ətrafında qorxuların səbəblərini izah etmək üçün", o deyib.

Yeni struktur bölmənin büdcəsi hələ müəyyən edilməyib. Əvvəllər Böyük Britaniya hökuməti süni intellekt sahəsində inkişaflar üçün əhəmiyyətli vəsait ayırırdı.

Aydan