Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu dənizdəki qaz ehtiyatları Türkiyəyə 30 il bəs edəcək

Türkiyənin hazırkı qaz ehtiyatları ölkənin növbəti 30 il üçün tələbatını ödəyə bilər.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin rəhbəri Fatih Dönməz İstanbulda çıxışı zamanı deyib:

"Qara dənizdəki hazırkı qaz ehtiyatları bizim növbəti 30 il üçün tələbatımızı ödəyir. Yeni kəşf edilmiş yataqlarla bu müddət daha da artacaq”.

Onun sözlərinə görə, Qara dəniz qazının hasilatının birinci mərhələsi 2023-cü ilin martında başlaya bilər. Bundan əlavə, o qeyd edib ki, Türkiyədə yanacağın daşınması və saxlanılması üçün yaradılan və yaradılmaqda olan infrastruktur ən azı 50 il istifadə üçün nəzərdə tutulacaq.

Nazir ümid edir ki, Qara dənizdə qaz hasilatı öz gücünə çatacaq və bunun sayəsində Türkiyənin yanacağa olan tələbatının dörddə birini ödəmək mümkün olacaq.

Aydan