Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Bu gün Avropa Liqasında daha bir oyun keçiriləcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda daha bir oyun keçiriləcək.

Publika.az xəbər verir ki, Rusiyanın "Spartak" (Moskva) klubu C qrupunda İngiltərə "Lester"ini qəbul edəcək.

Moskva təmsilçisi iki oyundan sonra 3 xalla ikinci pillədə qərarlaşıb. Britaniyalılar isə 1 xalla İtaliya "Napoli"si ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı başçılıq edir.

Avropa Liqası, qrup mərhələsi
C qrupu, III tur
20 oktyabr