Bu günə qədər 357 yeniyetmə vaksinasiya olunub

Bu günə qədər 357 yeniyetmə koronavirusa qarşı vaksinasiya olunub.

Bu barədə Day.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb:

"Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər".