Bu il qida zəhərlənməsi ilə bağlı 300-dən çox müraciət daxil olub

Bu il qida zəhərlənməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) 301 müraciət daxil olub.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu AQTA sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, qida zəhərlənməsi kimi deyilən bir çox faktların ekspertizadan sonra zəhərlənmə olmadığı müəyyən edilib, buna görə də ictimaiyyət bu məlumatlarda diqqətli olmalıdır:

"Bu il qida zəhərlənməsi ilə bağlı bizə 301 müraciət daxil olub. Onlardan 106-sının qida zəhərlənməsi olduğu müəyyən edilib".