Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu il sülh olmasa nə baş verəcək? – Zahid Oruc

Azərbaycan lideri regional və beynəlxalq proseslərdə söz sahibidir. Onun qlobal vizionu dünyada siyasi fikirləri öyrənən mərkəzlər tərəfindən ciddi şəkildə dəyərləndirilir, analiz olunur. Amma biz görürük ki, BMT Təhlükəsizlik Şurasının formasiyası 1945-ci il II Dünya müharibəsindən sonra qurulmuş təhlükəsizlik arxitekturasının mahiyyətinə adekvat deyil. Rusiya-Ukrayna savaşı fonunda təhlükəsizlik arxitekturasının tam dağılması və bunun fonunda yenisinin də qurulmaması faktı var. Əslində bu, sanki III Dünya savaşı kimi dəyərləndirilir və son yüz ildəki proseslər baxış və fərqlərin qabardılması mühüm önəm kəsb edir. Azərbaycanın Qara dənizə, limanlara gəmilər göndərməsi planları bu konteksdə ölkəmizin sanki dənizdən-dənizə planları heç də işğalçılıq deyil, kommunikasiyalar, əlaqələr, ticarət dövriyyələri və sair üçündür.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı yeni çağırışlar fonunda qiymətləndirilir: "Çünki bütün hallarda müharibələr əsasən iqtisadi resurslarla baş verir. Azərbaycan vaxtilə özü xarici məkana çıxmağa yol və pəncərə axtarırdı. İndi isə Azərbaycan özü bu mənada bir xaba çevrilib".

O hesab edir ki, Azərbaycanı Ermənistanla müqayisə etmək, onun paralelində, kontekstində dəyərləndirmək dövrü arxada qalıb: "Ona görə də, bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaqsa, bu qarşı tərəf üçün itki olacaq. Biz 30 il məğlubiyyət dövrünü, bir 30 il də qalibiyyət zamanı hansısa qeyri-Minsk Qrupu formatında danışıqlara getməyəcəyik. Prosesdə ən mühüm nəticələrdən bir məhz budur. Bu gün Azərbaycanı anti-Rusiya blokuna qoşmaq üçün trans-Xəzər ətrafındakı spekulyasiyalar Azərbaycan Rusiyanın qazını satır kimi dövriyyəyə çıxarılan, informasiyalar Qərbdə müəyyən siyasi qüvvələrin dairələrin, keçmiş dövlət təmsilçilərinin dili ilə edilməsi məsələlərinə aydınlıq gətirildi".

Deputatın fikrincə, çoxmillətli hərbi egidanı gətirib Laçın yolunda yerləşdirmək kimi yanaşmalara Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarovanın dilindən verilən cavabın necə sərt olduğunu Nikol Paşinyan da gördü: "Yəni hər hansı bir açıqlama, dövlətin kursunun bəyan edilməsi o ölkəyə təhlükələr gətirməməlidir. Paşinyanın dilindən bir neçə dəfə bu cür siyasi xətaları hər kəs görüb. Bu mənada Azərbaycan daxilində çox ciddi işlər gedir. Məhz bu anlamda Azərbaycan xalqının qələbədən sonra daha yaxşı yaşamaq tələbləri, istəkləri və gözləntiləri qat-qat artıb. Bu da çox təbii və haqlıdır. Bir sıra hallarda dövlət təmsilçiləri ən adi problemləri belə etiraf etmək istəmirlər. Əslində bu çox yanlış yanaşmadır. Ölkədə olan mövcud qiymət artımları dövlət başçısı tərəfindən dilə gətirildi. Bunun Azərbaycanın xarici-iqtisadi məkana inteqrasiyasından irəli gəldiyi söyləndi. Hətta vurğulandı ki, inflyasiyalar, qiymət artımları kənardan sanki idxal olunur. Bu termindən beynəlxalq iqtisadi mühakimələrdə geniş bəhs olnur. Lakin Azərbaycanın özünün istisadi imkanları var ki, bu prosesi və məsələləri həll etsin".

Zahid Oruca görə, cəmiyyətlə dialoqa girəndə mövcud problemlər dilə gətirilməlidir ki, xarici dairələr bundan bizim əleyhimizə faydalanmasın: "Sözsüz ki, bu gün Laçın-Xankəndi yolunda Azərbaycan gəncliyi özünün milli kimliyi konteksində duruş sərgiləyir. Bu yol Azərbaycanın nəzarətindədir. Artıq Xankəndidə, Xocavənddə yaşamağı qərarlaşdıran qüvvələr bunu dərk edir. Bu əslində yumşaq güc siyasəti idi. Ümumilikdə isə bu ilin strateji yol xərtiəsi dövlət başçısı tərəfindən irəli sürülüb. İndi dövlət inistutları bunu yerinə yetirməlidir. Beynəlxalq məkanlarda Azərbaycanın diasporasında, səfirliklərində, adi vətəndaşlarımıza belə hər kəs ciddi sistemləşdirilmiş analizlər aparmalıdır. Zaman qarafiki ortaya gəlməlidir. Çünki nailiyyət, uğur qazanmış millət məhz bu cür edir. Bu mənada yeni il sadəcə bir təqvim hadisəsi deyildi. İnsanlaırn baxışları, düşüncələri, əzmi, emosiaları, həyata baxışları, gözləntiləri yenilənir. Bunu bir milli resursa, gücə çevirmək lazımdır. Biz 2023-cü ildə "Böyük Qayıdış", Qərbi Azərbaycan məsələsi kontekstində tarixi torpaqlara qayıdış fəlsəfəsinin dövlətin, cəmiyyətin bütün sektorunda özünə yer tapmasını görəcəyik".

Milli.Az