Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu işdən əvvəlcədən xəbəri olub

PSJ-nin hücumçusu Neymar sabiq komanda yoldaşı Lionel Messinin "İnter Mayami"yə keçidi haqda danışıb.

Publika.az xəbər verir ki, Neymar ən yaxın dostlarından biri hesab etdiyi argentinalının qərarını əvvəlcədən bildiyini deyib:

“Messi İnter Mayami”yə keçidi? Mən artıq bu barədə bilirdim. Messi mənim ən yaxşı dostlarımdan biridir, futbolun mənə verdiyi hədiyyədir. Onunla görüşmək, bir yerdə oynamaq mənə qismət oldu, sonra dost olduq. Artıq onun Mayamiyə köçəcəyini bilirdim, bunu müzakirə etmişdik.

Ona dedim ki, Mayamidə şəhərə, həyat tərzinə görə çox xoşbəxt olacaqsan. Əminəm ki, Leo liqanın simasını dəyişəcək, onu daha populyar edəcək. Ona görə də, məncə, hər kəs onun oyunundan həzz almalı və ona baxmalıdır. Təəssüf ki, heç nə əbədi deyil... Və açıq-aydın deyirəm, onun Parisdən getməsini görmək çox da xoş deyildi”.