Bu kişi hamilə deyil, sadəcə böyrəkləri 35 kiloqramdır

İngiltərənin Vindzor şəhərində 52 yaşlı Uorren Hiqqsin ümumilikdə 35 kiloqram çəkidə olan böyrəkləri əməliyyatla çıxarılıb.

Day.Az Big.az-a istinadən xəbər verir ki, anadangəlmə patologiyası (böyrək polikistozu) olan kişiyə əməliyyatdan 5 il öncə böyrəklərinin normadan xeyli böyük olduğu deyilib.

Bu kişi hamilə deyil, sadəcə böyrəkləri 35 kiloqramdır - FOTOLakin müalicə almasına baxmayaraq, onun böyrəkləri getdikcə daha da böyüməyə davam edib. Müalicənin faydasızlığını görən həkimlər əməliyyat olunmağı təklif ediblər. Əməliyyatdan sonra sağ qalma ehtimalı 50% faiz olsa da, bütün bədənindəki ağrıdan daim əziyyət çəkən, artıq normal hərəkət edə bilməyən Uorren düşünmədən bu təklifi qəbul edib.

Xoşbəxtlikdən, cərrahi müdaxilə uğurla nəticələnib, Hiqqsin vəziyyəti isə bir neçə aya düzəlib. O, idman zalına getməyə başlayıb və sevdiyi məşğuliyyət olan triatlonla yenidən məşğul olmağı arzulayır. Lakin hazırda Uorren dializ prosedurundan keçmək məcburiyyətindədir. Gələn il isə o, donor orqan almaq üçün növbəyə dura bilər.

Bu kişi hamilə deyil, sadəcə böyrəkləri 35 kiloqramdır - FOTO