Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu maskadan sonra saçlarınızı və özünüzü tanımayacaqsınız

Əgər nənələrimizin gözəllik reseptlərinə etibar edir və onları sınamağı sevirsinizsə, onda saçlarınızı çayla yumağı məsləhət görürük.

Publika.az xəbər verir ki, çay bir çox rəngləmə prosedurlarından sonra saçların bərpa prosesini sürətləndirir.

Bir aydır ki, saça qulluq vasitələrinə çox pul xərcləməyinizə baxmayaraq, saçlarınız hələ də qopmaqda və matlaşmaqda davam edirsə, təcili olaraq çaydan istifadə etməlisiniz. Əlbəttə ki, gözəllik salonuna qaça və bahalı prosedurlar üçün pul ödəyə bilərsiniz, amma ekspertlər əmin edir ki, qədim gözəllik reseptləri də işinizə yaraya bilər.

İnternetdə saçların sağlamlıını bərpa etmək üçün bir çox ənənəvi resept tapa bilərsiniz, lakin hamımızın bildiyimiz qara çayın möcüzəvi həlimi son zamanlarda xüsusilə populyardır. Onun köməyi ilə siz nəinki saçları uzada, həm də onu gücləndirə bilərsiniz. Yalnız sarışınlar daha diqqətli olmalıdırlar, çünki saçları çayla yaxalamaq yalnız saçlara təbii parıltı qaytarmır, həm də ton verir.

Bunun üçün nə etməliyik?

Bir stəkan suya 2 xörək qaşığı çay və bir qaşıq duz əlavə edib qaynadın. Sonra dəmi süzüb soyumasını gözləyin.
Saçınızı çay həlimi ilə isladıb və bir neçə saat saçınızda saxlayın. Proseduru həftədə 2-3 dəfə təkrarlasanız, nəticənin çox tez şahidi olacaqsınız.