Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu ölkədə məktəb məzunları işsizlik müavinəti alacaqlar

Rumıniya hökuməti məktəbi bitirənlərə işsizlik müavinətinin verilməsi haqqında fərmanı təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iş tapa bilməyən, orta və orta ixtisas təhsili müəssisələrini bitirmiş 16-17 yaşarası gənclər müvafiq müavinət ala biləcəklər. Bunun üçün onlar yaşayış yeri üzrə sosial təminat orqanlarında qeydiyyatdan keçməlidirlər. Müraciət edənə 6 ay müddətində ölkə üzrə orta əməkhaqqının 50 faizi həcmində məbləğin ödəniləcəyi nəzərdə tutulur. Bu məqsədlər üçün Rumıniyanın dövlət büdcəsindən 100 milyon avro ayrılıb.

Milli.Az