Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu ölkə də UEFA-ya qarşı çıxdı

Rumıniya Futbol Federasiyası Rusiya ilə istənilən oyunu boykot etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, UEFA Rusiyanın gənclərdən ibarət komandalarına beynəlxalq turnirlərdə iştirak etməyə icazə verib.

“2023-cü il sentyabrın 29-da keçirilən İcraiyyə Komitəsinin iclasında Rusiyanın 17 yaşadək qızlardan və kişilərdən ibarət milli komandalarının UEFA turnirlərinə buraxılması ilə bağlı UEFA qərarı da müzakirə olunub.

Rumıniya Futbol Federasiyası UEFA İcraiyyə Komitəsinin irəli sürdüyü arqumentləri başa düşür və razılaşır ki, heç bir halda dövlət orqanlarının ehtiyatsız hərəkətləri nəticəsində uşaqlar əziyyət çəkməməlidir.

Eyni zamanda, FRF hesab edir ki, futbolu və ümumilikdə idmanı Avropanı sülh, azadlıq və iqtisadi rifah məkanına çevirən hüquqi, institusional və iqtisadi dəyərlərdən ayırmaq olmaz.

Beləliklə, FRF hesab edir ki, o, Avropa və milli qurumlar tərəfindən təsdiqlənmiş sanksiyaların ruhu ilə həmrəy olmalıdır və heç bir Rusiya millisi ilə heç bir rəsmi və ya yoldaşlıq oyunu keçirməyəcək.

RRF, UEFA İcraiyyə Komitəsinin bu qərarının icrası üçün prosedurların tamamlanmasını gözləyir və inanır ki, yarış reqlamenti hər bir milli federasiyanın mövqeyinə hörmətlə yanaşacaq”, – Rumıniya Futbol Federasiyasının rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.