Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu ölkə Ukraynanı Rusiya ilə danışıqlara başlamağa qoymur - Lukaşenko

“ABŞ Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa icazə vermir”.

Publika.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

“Onlar bir anda Avropanı yerə yıxmaq və Rusiya vasitəsilə Çinə yaxınlaşmaq istəyirlər və bunun üçün Rusiyanı tapdalamaq lazımdır”, - o əlavə edib.

Lukaşenka həmçinin bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski əvvəlcədən şərtlər irəli sürdüyü üçün danışıqlar prosesinin əsas prinsiplərini pozur. “Əvvəlcədən şərtlər irəli sürə bilməzsiniz. Danışıqlar masasına oturun, orada bütün şərtləri irəli sürün. İkinci prinsip isə klassikdir – kompromislər”, - Belarus prezidenti bildirib.

Murad