Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Bu əsər 18,5 milyona satıldı - FOTO

İngilis rəssam Benskiyə məxsus rəsm əsəri rekord qiymətə satılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əsər Londondakı Sotbis Hərrac Evində keçirilən Müasir İncəsənət Hərracında satışa çıxarılıb.

Rəssamın "Sevgi zibildədir" adlı əsəri 18 milyon 582 funt sterlinqə qarşılığında yeni sahibinə təqdim olunub.

Qeyd edək ki, hərracda ümumilikdə 44 əsər satışa çıxarılıb. Ən baha qiymətə satılan əsərlər arasında Cerard Riçerin üç fərqli əsəri də yer alıb. Rəssamın "S.D." adlı əsəri 9 milyon 619 min 800 funta - hərracda ikinci ən yüksək qiymətə satılıb.

Milli.Az