Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu şəxslər valideynlik hüququndan məhrum

Bu şəxslər valideynlik hüququndan məhrum

Valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək.

Day.Az xəbər verirt ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin, dəyişikliyə əsasən, 14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək.