Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu yerlərdə elektrik enerjisinin verilişini bərpa edilib - FOTO

Ağstafa rayonunun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib.

"Azərişıq" ASC-dən Milli.Az-a verilən məlumata görə, hazırda hadisə baş verən ərazilərlə yanaşı bütün ölkədə elektrik enerjisi təchizatı tam qaydasındadır.

Bildirilir ki, sel daşqınları və qasırğa nəticəsində Daşkəsən rayonunda da elektrik enerjisi təchizatında fasilə yaranmışdı.

"Azərişıq" əməkdaşlarının gərgin əməyi nəticəsində rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi təchizatı bərpa edilib.

---------

İyunun 10-nu gecə saatlarında Daşkəsən rayonu ərazisində başlayan güclü leysan nəticəsində rayonun elektrik şəbəkəsinə cidd ziyan dəyib. Daşkəsənin Çanaqçı, Zivlən, Alaxançallı və Şəkərəm kəndlərinin elektrik enerjisi təchizatında fasilələr yaranıb.

"Azərişıq" ASC-dən verilən məlumata görə, ASC-nin ərazi üzrə Qəza xidməti tərəfindən aparılan işlərdən sonra elə həmin gün Çanaqçı və Şəkərəm kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib.

Digər iki kənddə - Alaxançallı və Zivlən kəndlərində sel suları kənd yollarını tam yararsız vəziyyətə saldığından bərpa işlərinin görülməsinə ciddi maneə yaransa da, lakin elektrik enerjisinin bərpası işi yekunlaşmaq üzrədir.

Ağstafa rayonu ərazisində də təbii fəlakət rayonun elektrik şəbəkəsinə ciddi ziyan vurub.

Milli.Az