Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Burakdan Fahriyeyə milyonluq hədiyyə

Tanınmış aktyor Burak Özçivit həyat yoldaşı Fahriye Evcenə milyonluq avtomobil hədiyyə edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük ötən gün alış-veriş mərkəzindən çıxarkən görüntülənib. Jurnalistlərin suallarına cavab verən aktrisa bildirib ki, böyük oğlu Karan kiçik qardaşının gəlişinə çox sevinib.

"Gözlədiyimizdən də yaxşı oldu. Zamanla qardaşlıq hissi da güclənər. Kərəm böyük qardaşına bənzəyir", - kino ulduzu bildirib.

Karyerası barədə verilən suallara isə Fahriye belə cavab verib: "Uzun fasilə vermək istəmirəm. Tezliklə işə başlamağı planlaşdırıram".

Bundan başqa məlum olub ki, Burak Özçivit Fahriye Evcenə “Rang Rover” markalı bahalı maşın hədiyyə edib.