Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bütün dünyada tualet kağızlarında

Bütün dünyada tualet kağızında zəhərli "əbədi kimyəvi maddələr" tapılıb. Bu toksinlər reproduktiv sistemin disfunksiyasına səbəb ola bilər.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, ABŞ-ın Florida Universitetinin alimləri tualet kağızının tərkibində zəhərli birləşmələr aşkar ediblər. PFAS adlı kimyəvi maddələr təbii mühitdə praktiki olaraq parçalanmır.

Tədqiqatçılar apardıqları eksperiment nəticəsində məlum oldu ki, bütün nümunələrdə PFAS var idi. Bu brendlərin məhsullarını dünyanın hər yerində mağaza rəflərində tapa tualet kağızında ən çox tapılan birləşmə fluorotelomer fosfat diesterdir.

Reproduktiv sistemin disfunksiyası ilə əlaqəli olan odur. Üstəlik, elm adamlarını narahat edən əsas məsələ belə kağızın təyinatı üzrə istifadə edilməsi deyil, çünki dəhşətli birləşmələrin dəridən keçməsinə dair heç bir dəlil yoxdur.

Bu kimyəvi maddələrin olduğu kağızın təbii suları və sənaye kompostlarını yoluxdurması faktdır. Nəticədə bu əkin sahələrinə gübrə kimi paylanılır və ya su yollarına axıdılır.

PFAS 4,7 min süni şəkildə sintez edilmiş maddələrdən ibarətdir. Onlara "əbədi kimyəvi maddələr" də deyilir.

PFAS paltarların rənglənməsi, eləcə də qida qablaşdırması zamanı istifadə olunur. Həmçinin bu birləşmələr davamlı kosmetika istehsalında, eləcə də parlaqlıq və parıltıya malik vasitələr üçün istifadə olunur. Bu "əbədi kimyəvi maddələrin" insan orqanizminə uzun müddət təsiri nəticəsində qalxanabənzər vəz və qaraciyər xəstəlikləri yaranabilər. Bu kimyəvi birləşmələr sonsuzluq və xərçəng riskini artırması ilə də təhlükəlidir.

Milli.Az